Gələn ildən biznes lisenziyalarının verilməsi sadələşdiriləcək

2017-12-20 | İqtisadiyyat | 2837

2018-ci ildən Azərbaycanda sahibkarlar lisenziyaların əldə olunması üçün icazələr portalına (lisenziya.gov.az) müraciət edə biləcəklər.

Trend-in məlumatına görə, bunu portalın təqdimatı mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, lisenziya verilməsi ilə məşğul olan orqanlar müraciətlərin qəbul olunması ilə bağlı müvafiq əməliyyatları elektron formada həyata keçirə biləcək.

Ölkədə keçirilən iqtisadi islahatlara toxunan S.Məmmədov vurğulayıb ki, bu islahatların nəticəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib. Bundan başqa, indiyə qədər verilmiş müddətli lisenziyalar müddətsiz lisenziyalarla əvəz olunub.

Mənbə: https://az.trend.az/business/economy/2837967.html

İqtisadiyyat bölümünün son xəbərləri

2025-10-22 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır
2025-10-09 | Vahid vergi bəyannaməsinin SİMA İmza ilə təqdim edilməsi mümkün oldu
2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!