Yaddaşımız niyə zəifləyir?

2017-12-21 | İqtisadiyyat | 3097

Yaddaş qazanılmış bilik ehtiyatları və həyat təcrübələrini beyində saxlamaq, lazım gəldikdə ondan istifadə etmək qabiliyyətidir. Beyin 18-20 yaşa qədər öz hüceyrələrinin sayının artması və həcminin böyüməsi hesabına inkişaf edir. 20 yaşdan sonra isə onun inkişafı mövcud hüceyrələr arasındakı əlaqəni artırmaq hesabına mümkün olur. Digər tərəfdən də yavaş-yavaş hüceyrə ölümü başlayır. Bir müddət sonra beyin yeni şeylər öyrənərkən çox istifadə etmədiyi məlumatları silir - təbii unutma hadisəsi baş verir. Beynimizdə milyonlarla neyron var. Onların sayəsində insan bir neçə kitabxana həcmində biliyi öyrənmək və yadda saxlamaq qabiliyyətindədir.

Təəssüf ki, insanlar düzgün həyat tərzi keçirməmək hesabına beynin bu qabiliyyətini vaxtından tez zəiflədirlər. Çox yatmaq, qeyri-düzgün qidalanma, passiv həyat tərzi, beyni lüzumsuz və artıq informasiyalarla doldurmaq zehni getdikcə daha da çox zəiflədir. Seriallar, maqazin proqramları, gündəlik xəbərlər, şişirdilmiş sensasiyalar, uzun-uzadı xəyallar qurmaq, lövhələri, şəkil və videoları həddən çox seyr etmək zehnə mənfi təsir edir. Çox işləmək beyni yormur, əksinə işlədikcə itilənir. Yorğunluğun səbəbi ondan yanlış istifadə etmək, boş-bekar qalmaqdır. İstifadə olunmayan alət paslandığı kimi beyin də kütləşir. Hər şeyin avtomatlaşması, kalkulyatorla hesablama beynin istifadəsini azaldıb.

Düzgün həyat tərzi keçirtmək, vaxtında yatıb-durmaq, zehni və fiziki işi növbələşdirmək, əhəmiyyətli mətnləri əzbərləyərək beyni məşq etdirmək və düzgün qidalanmaqla zehnin zəifləməsinin qarşısını almaq olar. Tərkibi dəmir, fosfor, kalsium, vitamin A, E, B ilə zəngin qidaları çox qəbul etmək lazımdır. Səhər yeməyinin beynin işinə önəmli təsiri var və yeyilmədiyi təqdirdə diqqət dağınıqlığına səbəb olur.

Zehni qabiliyyəti gücləndirmək, beyin yaşlanmasının qarşısını almaq üçün bitkilərdən istifadə daha səmərəli və təhlükəsiz üsuldur. Serebratea çayı bu baxımdan çox faydalıdır. Çayın tərkibində olan ginkqo-biloba yarpağı, yemişan çiçəyi, yapon soforası bitkisi beyin qan dövranını yaxşılaşdırır, beyni oksigenlə təmin edir, qanı durulaşdırır, neyronlar arasındakı əlaqəni gücləndirərək zehni qabiliyyəti artırır. Kurs müalicə şəklində istifadə olunur. Çayın tərkibindəki çöl qatırquyruğu və mayasarmaşığı bitkiləri sakitləşdirici və təziqsalıcı effekt verir. Təbii yaşlanma ilə əlaqədar olaraq 60 yaşdan yuxarı insanlarda yaddaş itməsi və ağıl zəifliyinin qarşısını almaq üçün ildə 3 dəfə kurs müalicə şəklində istifadə edilə bilər.

İlhamə MƏMMƏDOVA

həkim-pediatr

Mənbə: http://www.herba-flora.com/index.php?newsid=182

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!