Ölkədə kiçik və orta sahibkarlığın inkişafı dəstəklənəcək.

2017-12-29 | İqtisadiyyat | 2241

Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

"APA-Economics" xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

Agentlik ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxs olacaq.

Sənəddə vurğulanıb ki, Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "Kiçik və orta sahibkarlıq evi" yaradılsın və onların fəaliyyəti "ASAN xidmət" mərkəzləri, "ASAN xidmət" mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Qurumda Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.

Müşahidə Şurası iqtisadiyyat nazirindən, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılacaq. Şuranın sədri iqtisadiyyat naziridir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirəcək. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, prezidentlə razılaşdırmaqla, iqtisadiyyat naziri həyata keçirməlidir.

Publik hüquqi şəxsin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.

Mənbə: http://www.apa.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!