"Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransından xəbərlər. YENILƏNIB
2018-02-13 | Vergilər | 3452Vergilər Nazirliyi yoxlamaların sayını azaldacaq
"Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq".
Bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib.
"Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov vurğulayıb.
Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb
"Vergi Məcəlləsinə tez-tez dəyişiklik edilməsini məqsədəuyğun hesab etmirik"

"Vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır. Mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlamışıq", - deyə M.Cabbarov vurğulayıb.
Sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək üçün dövriyyə həddinin artırılması təklif olunur
"Vergi Məcəlləsinə dəyişikliklər edilməlidir".
"APA-Economics" xəbər verir ki, bu təkliflə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda millət vəkili Vahid Əhmədov çıxış edib.
Onun sözlərinə görə, Vergi Məcəlləsi yenidən işlənib hazırlanmalıdır. "Ən ciddi məsələlərdən biri regionların iqtisadi inkişafı ilə bağlıdır. Əsas məqsəd yerlərdə sosial iqtisadi inkişafı və infrastruktur layihələri həyata keçirmək olmalıdır. Yerli vergiləri yerli büdcələrə verməyi təklif edirəm. Nazirliyin bu məsələyə xüsusi diqqət yetirməyini xahiş edirəm. Bundan başqa, sadələşdirilmiş verginin faizi çox aşağıdır. Əsas səbəb isə dövriyyənin iki yüz min manat olmasıdır. Ötən müddətdə manat devalvasiyaya uğradı, ucuzlaşdı, amma bu məbləğ üçün sadələşdirilmiş vergini saxlamışıq. Sahibkarlar ya məcbur olub şirkətlərini bağlayır, ya da yeni şirkət yaradırlar. Təklif edirəm ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu əldə etmək üçün müəyyənləşdirilən bu məbləğə yenidən baxılsın və bu məbləğ 300-400 min manat səviyyəsinə qaldırılsın," - deyə V. Əhmədov bildirib.
O qeyd edib ki, ƏDV-nin diferensiallaşdırılması da vacib məsələlərdəndir. Millət vəkili bildirib ki, Hesablama Palatasının rəyində bununla bağlı nöqsanlar olduğu da göstərilib.
"Vergi yoxlamaları ilə bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklə vergi yoxlamaları zamanı vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirməlidir. Bundan başqa, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var. Son vaxtlar vergilər nazirinin tələbləri ilə sənədləşməyə çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, sənəd məsələsini birdəfəlik ləğv etmək qeyri-mümkündür. Lakin sənəddən başlamış istehlakçıya qədər bütün məsələlər şəffaf olmalıdır. Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir".
AmCham: Əmək haqqına tətbiq olunan fiskal yükə yenidən baxılmalıdır
"Azərbaycanda əmək haqqına tətbiq olunan fiskal yükə yenidən baxmaq lazımdır".
"APA-Economics" xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") prezidenti Nuran Kərimov deyib.
Onun sözlərinə görə, ölkədə korporativ vergi yükü böyük olmasa da, fiskal yükə yenidən baxılmasına ehtiyac var: "İşçi və sahibkarlar üçün bugünkü fiskal yük olduqca ağırdır. Buna nəzər yetirməyin vaxtı çatıb".
Nuran Kərimov: "Azərbaycanda fərdi vergi bəyanetmə sisteminə keçilməlidir"
"Azərbaycanda fərdi vergi bəyanetmə sisteminə keçilməlidir".

Onun sözlərinə görə, hər bir vergi ödəyicisi vergi bəyannaməsi təqdim etməli və hesabat verməlidir: "Bu ölkə iqtisadiyyatını tənzimləyəcək, çirkli pulların həcmini azaldacaq".
Azərbaycanda vergi azadolmalarına limit tətbiq olunması təklif olunur
Azərbaycanda vergi azadolmalarına limit tətbiq olunması təklif olunur.
"APA-Economics" xəbər verir ki, bu təkliflə "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda vergi azad olmaları həddindən artıq çoxdur. "Əvvəlki dövr üçün bu mümkün idi. İndiki şəraitdə bu azad olmalara limit tətbiq etmək lazımdır", - deyə Z. Səmədzadə qeyd edib.
O bildirib ki, sadələşdirilmiş verginin ÜDM-də çəkisi 0,8%-dir: "Dövlət büdcəsi gəlirlərinin ÜDM-də payı 13%-dir. Bu rəqəm 30-35 faizə qaldırılsa, digər problemlərin də qarşısı alına bilər".
Azərbaycanda stimullaşdırıcı vergi siyasətinə keçiləcək
"Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq".
"APA-Economics" xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək.
"Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərək Vergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq. Burada pul, iqtisadi, monetar siyasət, iqtisadi mübahisələrə ədalətli baxılması və digər əhəmiyyətli təsir göstərən amillər nəzərə alınır", - deyə M.Cabbarov vurğulayıb.
Mikayil Cabbarov: "Azərbaycanda vergi yoxlamaları vergi ödəyicisinin iştirakı ilə aparılacaq"
"Vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır".
"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.
"Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız", - deyə o, qeyd edib.
Nazir həmçinin bildirib ki, əsaslandırılmamış sanksiyaları yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq.
"Hamı səhv edə bilər. Amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir", - deyə M.Cabbarov əlavə edib.
Nazir mühasiblərə belə halların qarşısını almaq barədə xəbərdarlıq edərək Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər yığdıqlarını da deyib: "Martın 31-nə qədər təkliflərinizi bizə göndərin".
Azərbaycanın vergilər naziri vergitutma bazasının genişləndirilməsini təklif edib
"Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir".
"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.
O, vergitutma bazasının genişləndirilməsinin tərəfdarı olduğunu deyib: "Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq".
Azərbaycanda differensial ƏDV-nin tətbiqi təklif olunur
"Azərbaycanda bütün məhsullara standart ƏDV təyin edilib və bu, 18%-dir. Avropa ölkələrində isə bu rəqəm 15-25% arasında dəyişir".
"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən deputat Vahid Əhmədov deyib.
V.Əhmədov təklif edib ki, ƏDV-nin dərəcəsi differensiallaşdırılmalıdır: "Təklif edirəm ki, bizdə də ƏDV differensiallaşmalıdır. Digər məsələ Vergilər Nazirliyinin proqnoz tapşırığı ilə bağlıdır. Proqnozu 7 mlrd. manat yazaraq nazirliyi zərbə altına qoymaqla nəyə nail olacağıq? Gərək nazirliyin müvafiq bazası olsun ki, bu proqnozu yerinə yetirsin. Mən həm İqtisadiyyat, həm də Vergilər nazirliklərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsinlər".
Sonda millət vəkili bütün vergi ödəyicilərini prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.
Ziyad Səmədzadə: "Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq"
Hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir.
"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Ziyad Səmədzadə deyib.
O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: "Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18%, digər yerdə isə 2%-dir".
Komitə sədri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltmasını müsbət qarşıladıqlarını da deyib: "Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın".
Vergilər naziri: "Vergidənyayınmanın qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə edilməməlidir"
"Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Amma bu, o demək deyil ki, nəzarət zəifləyəcək".
"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: "İkili mühasibatlığın aparılması, gölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər".
Nazir həmçinin deyib ki, rəhbərlik etdiyi qurum sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir.
Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmətlərin sayını artıracaq
"2018-ci ildə Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür".
"APA-Economics" xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib ki, ilk növbədə Vergilər Nazirliyi "Dövlət büdcəsi haqqında" qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq.
"İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq", - deyə M.Cabbarov vurğulayıb.
Nazir: "Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib"
Mikayıl Cabbarov Vergilər Nazirliyinin fəaliyyətində müsbət və mənfi məqamları açıqlayıb.
"APA-Economics" xəbər verir ki, "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyası haqqında danışarkən deyib ki, qurum öz inkişafında böyük yol keçib: "Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. "Çağrı Mərkəzi", "Bir pəncərə" sisteminin əsası bu nazirlikdə qoyulub".
Nazir Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamlara da aydınlıq gətirib.
"Mənfi səhifələrə gəldikdə bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir", M.Cabbarov vurğulayıb.
Nazir: "Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik"
"Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır".
"APA-Economics" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır.
M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.
"Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir", deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: "Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".
Mikayıl Cabbarov: "Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin

"Report" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
O, rəhbərlik etdiyi qurumda islahatların davam etdiriləcəyini də qeyd edib: "Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal öhdəliklərinin icrası asanlaşır. Və əksinə, iqtisadi böhran və ya durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət xəzinəsinə daxilolmaların təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birgə işləyərək Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın nəbzi üzərində olacaq".
M.Cabbarovun sözlərinə görə, Vergilər Nazirliyi öz inkişafında böyük yol keçib, bu yolun həm müsbət, həm mənfi səhifələri olub: "Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq elektronlaşdırılıb, "çağrı mərkəzi", "bir pəncərə" dövlət xidmətlərinin əsası bu nazirlikdə qoyulub. Bununla yanaşı, vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətinin itirməsi, plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılması, özəl biznesə qarşı bugünki tələblərə cavab verməyən qəbuledilməz metodların tətbiqi, ədalətlilik prinsiplərinin pozulması, vergi ödəyicələrini "özününki" və "özgə" kateqoriyalarına bölünməsi kimi xoşagəlməz halları qeyd etmək olar".

Vergilər bölümünün son xəbərləri |