10 il vergi ödəməyəcəklər

2013-12-28 | Vergilər | 269

"Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçaları, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası qanun layihəsinə dəyişiklik edilib.

"Qafqazinfo" xəbər verir ki, qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Ziyad Səmədzadə bildirib ki, 2014- cü ilin yanvarın 1-dən etibarən adıçəkilən müəssisələr 10 il müddətinə Vergi Məcəlləsinin ilə müəyyən edilmiş mənfəət vergisi və sadələşdirilmiş vergi ödəməkdən azaddırlar.

Komitə sədri əlavə edib ki, Azərbaycan MDB məkanında uşaqların bağçalarla təmin edilməsi görə geridə qalır:

"Azərbaycan uşaqların yalnız 15 faizini bağçayla təmin etmək mümkündür. Bu qanun qəbulu özəl sektorun uşaq bağçalarının tikintisinə imkanlarını xeyli yüksəldəcək. Dəyərli sahibkarlar bağçaların yaradılmasına çalışsınlar.Məlumat üçün bildirim ki, ölkədə fəaliyyət göstərən 40 faiz uşaq bağçası özəl sektorun payına düşür"

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

***

Müzakirələrdə çıxış edən millət vəkili Aytən Mustafayeva bağçalarda vəziyyətin həddən artıq pis olduğunu deyib:

"İstilik bərbad vəziyyətdədir, mən hətta Nəsimi rayonundakı bağçanın birində isti üst geyimi ilə bir saat otura bilmədim, soyuqdan dondum. Ona görə bu məsələyə ciddi nəzarət etmək lazımdır ".

Siyavuş Novruzov da uşaq bağçalarında vəziyyətdən narahatlığını bildirb. O deyib ki, rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır. "Amma təhsil qanununa görə, uşaqlar orta məktəbə bağçadan gəlməlidirlər".

Millət vəkili özəl bağçaların da çox baha olduğunu bildirib. "Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, qiyməti 700 manatdan 1000 manatadək dəyişir. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyinin elə bir mənası yoxdur".

Oqtay Əsədov isə bildirb ki, bu yeni məsələdir və gəlin bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edək.

Mənbə: www.qafqazinfo.az target=_new>www.qafqazinfo.az

Vergilər bölümünün son xəbərləri

2019-10-15 | Vergitutma məqsədləri üçün bazar qiyməti
2019-10-15 | İcarəyə verilən torpağın vergisini kim ödəməlidir...
2019-10-14 | Avansın ƏDV-yə cəlb olunması
2019-10-08 | Cari vergi ödəmələrinin hesablanması
2019-10-08 | Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?
2019-10-08 | Cari vergi ödəmələri haqqında arayış yeni qaydada təqdim ediləcək
2019-10-08 | Mənfəət vergisinin hesablanmasında nələrə diqqət yetirilməlidir…
2019-10-08 | Notariuslar Vergilər Nazirliyinə xüsusi forma üzrə bəyannamə verəcəklər
2019-10-04 | Fərdi sahibkarın aktivlərinin təqdim edilməsi zamanı yaranan vergi öhdəliyi
2019-10-04 | Torpaq vergisinin hesablanması

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!