Müəyyən sahələrdə fərqli ƏDV dərəcələri tətbiq etmək mümkündür

2018-02-16 | Vergilər | 2295

"BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin əməliyyatçısı olduğu layihələrdə tərəfdaşlarla birlikdə Azərbaycan iqtisadiyyatına 69 milyard dollardan artıq investisiya qoyulduğunu diqqətə çatdırıb: "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə 3,3 milyard barel neft, 32 milyard kubmetr səmt qazı, eləcə də "Şahdəniz" layihəsi üzrə 89 milyard kubmetr qaz hasil olunması birgə əməkdaşlıq sayəsində Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verir. Neft ölkəsi olmasına baxmayaraq, Azərbaycan dövləti öz iqtisadiyyatını şaxələndirərək neft-qaz amilindən asılılığın azaldılması istiqamətində önəmli addımlar atır".

B.Aslanbəyli biznes sahəsində partnyorluq məsələləri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, vergi orqanları və vergi ödəyiciləri arasında partnyor münasibətlər, ilk növbədə, vergi ödəyicilərinin marağına xidmət etməlidir: "Vergi ödəyiciləri bu münasibətlərin ahəng­dar olmasına can atmalıdırlar. Amma praktikada bəzən əks prosesin şahidi oluruq. Əslində, bu münasibətləri yeni formada tənzimləmək mümkündür, bunun üçün stimullaşdırma, həvəsləndirmə olmalıdır".

B.Aslanbəyli qeyd edib ki, gəlir vergisi, əməkhaqqı fondundan tutulan sosial vergilərlə bağlı müəyyən problemlər var və bu sahədə təkmilləşdirilmələr aparılmalıdır. Məsələn, aşağı gəlirlərə daha aşağı vergi qoyulmaqla kiçik biznesin, hətta orta biznesin də maraqlarını təmin etmək olar. Əməkhaqqı ilə bağlı fiskal yükün aşağı salınması sahibkarlıq subyektlərinin vergidən yayınmasının qarşısını alar, əmək münasibətlərinin rəsmiləşdirilməsinə şərait yaradar və nəticədə vergi bazasının artırılması mümkün olar". ƏDV dərəcələrinin diferensiallaşdırılması ilə bağlı fikirlərini də diqqətə çatdıran vitse-prezident qeyd edib ki, müəyyən sahələrdə fərqli ƏDV dərəcələri tətbiq etmək mümkündür: "Bir çox ölkələrdə müxtəlif dövrlərdə ƏDV dərəcələri dəyişdirilir, məsələn, böhran dövrünə uyğun dərəcələr müəyyənləşdirilir. Bu, iqtisadi qanunların, çağırışların tələblərinə uyğun atılan adekvat, çevik addımdır. Müəyyən mərhələdə ölkəmizdə diferensial ƏDV-ni tətbiq etmək olar".

B.Aslanbəyli ƏDV depozit hesabına diqqət çəkərək qeyd edib ki, depozit hesabında yığılan vəsaitin vergi yükü ödənildikdən sonra digər məqsədlər üçün istifadəsi nəzərdən keçirilməlidir: "Artıq ödənilmiş vergilərin geri qaytarılması prosedurlarının daha da sadələşdirilməsi faydalı olardı. Bütün bunların fonunda mühasibatın yeniləşməsinə ehtiyac var, mühasiblik mədəniyyətinin təkmilləşdirilməsi, stimullaşdırılması, həvəsləndirilməsi vacibdir. Hesab edirəm ki, mühasibatın təkmilləşdirilməsi ümumi islahatlar paketinə öz müsbət təsirini göstərə bilər".

Mənbə: http://vergiler.az/art-view/6857/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!