Qeyri-rəsmi məşğulluqla mübarizə tədbirləri gücləndirilir
2018-03-01 | Kadr işi | 2685Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib.
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən indiyədək bu sahədə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi əməkdaşlığının rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə mühüm tədbirlər həyata keçirilib.
Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Bakı şəhərində və Şamaxı rayonunda dörd müəssisədə ("Grand Hospital", Rəhman Firuz oğlu Kərimova məxsus ərzaq mağazası, Saleh Mirabas oğlu Zəkiyevə məxsus mağaza, "İmplant Art Dental Klinika") qeyri-rəsmi məşğulluqla mübarizə çərçivəsində yoxlamalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib. Həmin müəssisələr ümumilikdə 99 min manat məbləğində cərimə olunub.
Bakı şəhərində və Şamaxı rayonunda aparılmış vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 99 nəfərin muzdla işə cəlb olunduğu aşkar edilib: bunlardan 93 nəfəri Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin, o cümlədən 90 nəfəri "Grand Hospital" tibb müəssisəsinin, 3 nəfəri digər müəssisələrin, 6 nəfəri isə Şamaxı rayonunda fəaliyyət göstərən Rəhman Firuz oğlu Kərimova məxsus ərzaq mağazasının payına düşür.
Yoxlama aparılmış dörd müəssisədə 106 nəfər əmək müqaviləsi ilə çalışıb. Əmək müqaviləsi olmadan işləyən qalan 99 nəfər işçidən (bunlardan 92 nəfərin əsas fəaliyyət növü əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, 7 nəfərininki isə ticarət xidməti (mağazalarda satış) olub) 31-i ilə əmək münasibətləri rəsmiləşdirilib, onların adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə (ƏMBEİS) daxil edilib.
Qeyd olunub ki, əsas vəzifəsi vətəndaşlarımızın sağlamlığına xidmət etmək olan bəzi özəl klinika və xəstəxanalarda belə halların baş verməsi yolverilməz və qəbuledilməzdir. Bundan əlavə, yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən də Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyektində ("MVVL Verus Praedium" Mənzil Tikinti Kooperativi, "Babək-94" Müstəqil Kiçik Müəssisəsi, "TTF-A" MMC, "Laura" Firması, "Kaspian Park" MMC, "Evian Konstruksiya" MMC, "Piramida-F.R." MMC, "Gözəl Bakı" Mənzil-Tikinti Kooperativi, eləcə də fərdi xidmətlər göstərən Azər Rəfail oğlu Xəlilov)
6 səyyar monitorinq keçirilib və 70 nəfər işçinin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə əmək müqaviləsi ilə 791 işçi çalışdığı halda, yoxlama nəticəsində 184 nəfərlə əmək müqaviləsi bağlanılıb və müqavilə ilə işəyənlərin sayı 975-ə çatıb.
Yanvar ayı ərzində ölkə üzrə 64 min 140 əmək müqaviləsi rəsmiləşdirilib, 50 min 475 müqaviləyə isə xitam verilib. Beləliklə, bağlanılmış əmək müqavilələrinin sayındakı artım 13 min 665-ə çatıb.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin "Qeyd" hissəsinə əsasən, həmin maddədə "xeyli sayda" dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
Əmək haqlarının leqallaşdırılması, ilk növbədə, vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilib və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-rəsmi əməkhaqqı ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əməkhaqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası, gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar.
İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olur. Unutmayın ki, sizə ödənilən rəsmi əmək haqları - sabah üçün sabit sosial təminatınızın təməlini qoyur.
Mənbə: www.vergiler.az

Kadr işi bölümünün son xəbərləri |