Vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcək

2018-03-05 | Vergilər | 2342

Mart ayının 1-də Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış edib.

Qeyd olunub ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafına dəstək verməlidir. Bu xüsusda vergi orqanlarının əməkdaşlarına olan tələblər daha da artır. Vergi sisteminin ən əsas dəyərinin zəngin maddi-texniki baza, müasir İT texnologiyalarına əsaslanan iş üsullarına malik olması deyil, bu sistemdə çalışan insanlar olduğunu ön plana çəkən nazir vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcəyini, insan resurslarının inkişaf etdirilməsi üçün addımlar atılacağını, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejiminin təmin ediləcəyini vurğulayıb.

Vergi əməkdaşlarından yüksək peşəkarlığın, işgüzar etikanın, vergi ödəyicisinə yanaşmada öz məsuliyyətini dərk etmələrinin tələb olunduğunu qeyd edən vergilər naziri bütövlükdə vergi sisteminə qarşı hörmət və inamın artırılması üçün çox çalışmaq lazım gəldiyini, güclü dövlətin vətəndaşı və qulluqçusu olmağın digər üstünlüklər əldə etməkdən daha vacib və şərəfli olduğunu bildirib.

Vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanmalı olduğunun vacibliyini diqqətə çatdıran nazir bir daha vurğulayıb ki, ilk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasınn bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsini təmin etmək lazımdır.

M.Cabbarov qeyd olunan məsələlərlə bağlı yerlərdə görüşlər keçirilməsi və onların mahiyyətinin vergi ödəyicilərinə çatdırılması barədə tapşırıq verib.

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1615&lang=

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!