Azərbaycanda vergi qanunvericiliyinə dəyişikliklər ediləcək
2018-03-14 | Vergilər | 2503"Vergiləri tam və vaxtında ödəyən intizamlı vergi ödəyiciləri vergi orqanları tərəfindən həmişə dəstək görəcək".
"APA-Economics"in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Manaf Bayramov deyib.
"Əgər vergi ödəyicisi saxta bəyannamələr təqdim edirsə, vergiləri vaxtında ödəmirsə, vergidən yayınma hallarına yol verirsə, buna uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərt tədbirlərlə üzləşəcək", - deyə M. Bayramov vurğulayıb.
Nazir müşaviri bu ilin hərtərəfli islahatlar üçün hazırlıq ili olduğunu qeyd edib: "Vergi orqanları tərəfindən qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Şəffaf uçot aparmaq üçün maneələrin aradan qaldırılması barədə vergi ödəyicilərinin təkliflərini gözləyirik".

Vergilər bölümünün son xəbərləri |