Azərbaycan kiçik sahibkarların vergilərdəki payına görə inkişaf etmiş ölkələrdən bir neçə dəfə geri qalır

2018-03-14 | Vergilər | 2230

Hazırda Azərbaycanda 917 min vergi ödəyicisi var ki, bunun da 30 mini Əlavə Dəyər Vergisi (ƏDV), qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir.

"Report" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, ƏDV ödəyicilərinin dövlət büdcəsinə ödədiyi vergilərin məbləği ümumi vergi daxilolmalarının təxminən 1/3-ni təşkil edir.

"Sadələşdirilmiş vergi ödəyicilərinin ödədiyi vergilərin həcmi ötən il 371,5 mln. manat olub və bu, ümumi vergi ödəmələrinin 5,3%-i deməkdir. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm bir neçə dəfə yüksəkdir. Ona görə də kiçik sahibkarlığın inkişafı daha da gücləndirilməli, bu kateqoriyaya aid sahibkarların ödədikləri vergilərin məbləği artmalıdır", - S.Ələkbərov bildirib.

Mənbə: https://report.az

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!