Vergilər Nazirliyi: Bəzi sahibkarlar POS-terminal işlətməkdən imtina edir

2018-04-03 | Vergilər | 2194

"Hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edir: "Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əsas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilik baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır".

Nazir müavini son illər POS-terminalların sayının azalmasına da münasibət bildirib: "Bu, bank sektorunda baş verən dəyişikliklə bağlıdır. Bağlanan banklar oldu, başqa suallar ortaya çıxdı. Amma bu məsələ tədricən yoluna düşəcək. Nağdsız heaablaşmalara keçməyin alternativi yoxdur. Əgər kimsə geriyə qayıdış olacağını fikirləşirsə, yanılır. Bu, mümkün deyil. Dünya bir istiqamətdə gedir və biz onun əksinə gedə bilmərik və getməyəcəyik".

Mənbə: https://report.az/maliyye/vergiler-nazirliyi-bezi-sahibkarlar-pos-terminal-isletmekden-imtina-edir

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!