Mərkəzi Bank uçot dərəcəsini 11%-ə endirib
2018-04-09 | İqtisadiyyat | 2387Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
AMB uçot dərəcəsini yenidən azalda bilər
"Mövcud şərtlər dəyişmədiyi təqdirdə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilin sonuna qədər dəyişə bilər".
"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransın da deyib.
Onun sözlərinə görə, məzənnə gözləntiləri imkan verir ki, getdikcə monetar şərait normallaşsın. "Monetar şəraitin normallaşdırılması pulun həcmi və dəyəri ilə ölçülür. Pulun həcmini biz artırmışıq, birinci rübdə də pul kütləsi 11 faiz artıb. Düşünürük ki, bank sektorunda likvidlik olduğu şəraitdə bu artım optimaldır. Uçot dərəcəsi mövcud şərtlər olduğu təqdirdə azala bilər. Bununla da monetar şəraiti neytral həddə yaxınlaşdıra bilərik".
Mənbə: https://apa.az/maliyye_xeberleri/amb-ucot-derecesini-11-e-endirib-4009.html

İqtisadiyyat bölümünün son xəbərləri |