Apellyasiya Şuraları niyə yaradıldı? - SƏBƏB

2018-04-17 | Hüquq | 2520

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti mətbuat vasitəsilə aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırır.

Adıçəkilən Apellyasiya Şuraları haqqında Əsasnamələr təsdiq edilib. Əsasnamələrə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlardan, hərəkət və ya hərəkətsizliklərdən həmin icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına Əsasnamələr ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Bu icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının şikayətlə bağlı qəbul etdikləri qərarlardan, digər hərəkət və ya hərəkətsizliklərdən isə Prezident yanında Apellyasiya Şurasına şikayət vermək mümkündür.

“Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə

Xidmətdən bildirilib ki, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Bu siyasətin həyata keçirilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və sahibkarlar ölkə rəhbərinin qərarlarının, tapşırıqlarının, imzaladığı fərman və sərəncamların onların fəaliyyətinə geniş imkanlar açacağına əmindirlər.

Ölkə Prezidentinin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti addım Azərbaycan Respublikasının Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasıdır.

Qeyd olunan Fərmanının qəbul edilməsinin zərurəti sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi və mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsi məqsədi daşıyır.

Fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, mərkəzi icra hakimiyyəti orqanının və onun yerli (struktur) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına müraciət edə biləcəklər. Bundan əlavə sahibkarlar yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət edə biləcəklər.

Qeyd olunan islahatın nəticəsində yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyəti bir qədər də artmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamədə Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq hüququnun və Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir.

Ümumiyyətlə, sahibkarların hüquqlarının qorunması fonunda ölkə prezidentinin həyata keçirdiyi islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaqdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq ictimaiyyətə mətbuat vasitəsilə çatdıracaqdır.

Fürsətdən istifadə edərək, bütün KİV nümayəndələrinə səmərəli əməkdaşlığa görə minnətdarlığımızı bildirir, yaranacaq suallara da növbəti açıqlamalarımızda münasibət bildiriləcəyini diqqətə çatdırırıq.

Mənbə: http://femida.az/az/news/17985

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!