Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək.

2018-04-17 | Vergilər | 2430

Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünün yüngülləşdirilməsidir.

Trend-in məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu, ölkədə kiçik və orta sahibkarlığın inkişafına imkan verəcək.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən son aylarda vergilər sahəsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır:

"Bunun əsas məqsədi kiçik və orta sahibkarlığın vergi yükünü əhəmiyyətli dərəcədə azaltmaq və vergi idarəetməsini təkmilləşdirməkdir. İri müəssisələrə gəldikdə isə bu sahədə əsas istiqamətlər həmin müəssisələrdə şəffaflığın və daxili hesabatlılığın səviyyəsinin artırılmasıdır. Bu, bir tərəfdən həmin müəssisələrin rəqabət qabiliyyətliliyinin təminatı olacaq, digər tərəfdən, vergi ödənişlərinin sabitliyini və dövlət büdcəsinə daxilolmaların səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək".

Mənbə: https://az.trend.az/business/2888737.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!