SABAH-dan uğurlu karyeraya doğru...
2018-05-14 | İqtisadiyyat | 2395Təhsil və Vergilər nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən görüşün məqsədi SABAH qrupu tələbələrinin Vergilər Nazirliyi və onun tabeliyində olan struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqda məlumatlandırılmasıdır.
Memorandum vergi sahəsində gənc və peşəkar kadrların yetişdirilməsini, ali təhsil müəssisələri ilə birgə vergi ixtisası üzrə vahid tədris proqramlarının tərtibini, təhsilalan və təhsilverənlərin peşəkar inkişafına müxtəlif vasitələrlə (təlim, müsabiqə, seminar və s.) dəstək göstərilməsini, Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunması və digər nazirliklərarası əməkdaşlıq məsələlərini əhatə edir.
Memarandum imzalandıqdan sonra keçirilən ilk görüşdə tələbələrin gələcək karyera yüksəlişləri ilə bağlı sorğuları cavablandırılmışdır. Tədbirdə çıxış edən Vergilər Nazirliyi aparatının rəhbəri Nigar Alimova tələbələrə öz uğur hekayəsini təqdim etmiş, yüksəliş yolunda qarşılaşdığı çətinliklərdən və onların aradan qaldırılması üsullarından danışmışdır.
İnsan resursları departamentinin baş direktorunun müavini Kamran Məmişov isə SABAH qrupu tələbələrinə Vergilər Nazirliyində işə qəbulla bağlı karyera imkanları haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, dövlət vergi orqanlarına işə qəbul 2005-ci ildən başlayaraq müsabiqə əsasında həyata keçirilir və işə qəbulun müsabiqə və rəqabətlilik əsasında təşkili baxımından Vergilər Nazirliyi öndə gələn dövlət orqanlarındandır: "İndiyədək dövlət vergi orqanlarına işə qəbul üzrə 13 müsabiqə yekunlaşdırılmış, 1356 nəfər vergi orqanlarında işlə təmin edilmişdir. Bu, hazırda vergi orqanlarında xidmət edənlərin yarısından çoxunu təşkil edir. Sevindirici haldır ki, həmin şəxslərdən bir qismi artıq rəhbər vəzifələr tutur. Hazırda 14-cü müsabiqə davam edir".
Tələbələrin nəzərinə çatdırılmışdır ki, 2018-ci ilin əvvəlindən vergi siyasətində əsaslı islahatların başlanılması istiqamətində əhəmiyyətli əməli işlər görülmüş, bir sıra nəticələr əldə edilmişdir: "Təbii ki, islahatların yüksək keyfiyyətlə həyata keçirilməsi üçün peşəkar kadrlar tələb olunur. Bu baxımdan, biz, ilk növbədə, SABAH qruplarının tələbələri kimi savadlı, bacarıqlı və hazırlıqlı gənclərimizin potensialına və enerjisinə güvənirik".
F. İKRAMQIZI

İqtisadiyyat bölümünün son xəbərləri |