Almaniyalı həkimlər Merkeldən "şəkər vergisi"nin tətbiqini xahiş ediblər

2018-05-14 | Vergilər | 2308

İki mindən artıq həkim Almaniyanın Kansleri Angela Merkelə, onun rəhbərlik etdiyi hökumətin nazirlərinə və ölkədəki aparıcı partiya liderlərinə açıq məktub ünvanlamışdır. Məktubda bütün ölkə ərazisi üzrə şəkərdən izafi istifadənin federal səviyyədə qarşısının alınması üçün mübarizə tədbirlərinin görülməsi xahiş edilmişdir. Buna oxşar olaraq, həkimlər tütün məhsullarından həddindən artıq istifadənin məhdudlaşdırılması üçün kompleks qanunvericilik aktlarının qəbul olunmasını təklif etmişlər. Təklifdə tütün məhsulları ilə yanaşı, şəkər də daxil olmaqla, bir sıra məhsullara (ilk növbədə, şirin içkilərə) vergilərin və aksizlərin tətbiqinin zəruriliyi, eləcə də uşaqlara ünvanlanmış reklamların qadağan olunması qeyd edilmişdir. Məktub müəllifləri hesab edirlər ki, Almaniyada piylənmənin və diabet xəstəliyinin yayılmasının qarşısını başqa yollarla almaq mümkün deyil.

Hələlik Almaniya hökuməti həkimlərin açıq məktubuna rəsmi cavab verməmişdir. Merkelin mənsub olduğu Xristian-Demokrat İttifaqı Partiyasından olan bəzi hökumət üzvləri belə hesab edirlər ki, nəyi yemək lazım olduğunu, nəyi yemək lazım olmadığını əhaliyə hökumətin adından çatdırmaq yolverilməzdir, ancaq sağlam qidaları və bütövlükdə sağlam həyat tərzini güclü şəkildə təbliğ etməyə dəyər. Hökumət koalisiyasına daxil olan sosial-demokratlardan bir qrupu isə hesab edir ki, təklif olunan məhdudiyyətlərin, o cümlədən şəkər istehlakının azaldılması məqsədəuyğundur.

Parlamentin sosial-demokratlar fraksiyasının səhiyyə məsələləri üzrə eksperti xanım Zabine Dittmar əminliklə bildirmişdir ki, Almaniyada "şəkər vergisi", necə olur-olsun, qəbul ediləcək, özü də cari çağırış parlament tərəfindən. Başqa sözlə desək, deputat "şəkər vergisinin" qarşıdakı üç il müddətində qəbul olunacağına inanır.

Təşəbbüskar olaraq Uşaq və Yeniyetmə Həkimlərinin Peşəkar Assosiasiyası, Almaniya Diabetoloqlar Cəmiyyəti və Berlində fəaliyyət göstərən, ərzaq məhsulları sahəsində istehlakçıların hüquqlarını müdaifə edən "Foodwatch" qeyri-hökumət təşkilatı çıxış etmişdir. Aprelin əvvəlində "Foodwatch" Berlində hökumətə 100 səhifədən ibarət "Coca-Cola Report" ("Koka-Kola haqqında hesabat") adlı sənəd təqdim etmişdi. Həmin sənəddə təsdiqlənirdi ki, dünyanın alkoqolsuz içkilər istehsal edən ən böyük şirkətlərindən biri öz "məsuliyyətsiz marketinq və lobbi fəaliyyətləri ilə piylənmə və II tip diabet kimi qidalanma ilə bağlı xəstəlik epidemiyalarının böyük hissəsinə cavabdehdir".

"Foodwatch" Avropa İttifaqlı miqyasında "işıqfor" şəklində işarələnmə tətbiq etmək, yəni tərkibində izafi şəkər, piy və duz olan məhsulları qırmızı rənglə işarələmək təklifini irəli sürmüşdür. Bundan əlavə, təşkilat Almaniya ərazisindəki uşaq bağçalarında və məktəblərdə həkimlərin məsləhət gördükləri minimal qida standartlarını qəbul etməyi təklif etmişdir. Almaniya fəalları digər ölkələrdən nümunə götürməyin tərəfdarı kimi çıxış edirlər: artıq aprelin 6-dan Böyük Britaniyada və İrlandiyada 100 ml hesabına tərkibində 5 qramdan artıq şəkər olan qazlı içkilərə görə vergi tutulur.

Mənbə: http://vergiler.az/art-view/7129/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!