Kiçik və orta sahibkarlıqla bağlı işçi qrup yaradılıb

2018-06-14 | İqtisadiyyat | 2099

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədovun "Caspian European Club"un idarə heyəti ilə görüşündə birgə əməkdaşlıq imkanları, kiçik və orta biznesin inkişafı üzrə gələcək planlar müzakirə olunub. Görüş çərçivəsində kiçik və orta biznesi təmsil edən şirkətlərin problem, sual və təkliflərinin daha operativ müzakirəsi üçün birgə işçi qrupun yaradılması qərara alınıb.

Agentlik tərəfindən təşkili planlaşdırılan xüsusi treninqlər zamanı kiçik və orta biznes nümayəndələri qanunvericilikdəki dəyişikliklər, dövlətin dəstək tədbirləri barədə məlumatlandırılacaq, biznes təmsilçilərinin fəaliyyətinin səmərəliyinin yüksəldilməsi üçün onlara zəruri bilik və bacarıqlar aşılanacaq.

Görüşdə birgə tərəfdaşlığın Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına imkan yaradacağı qeyd edilib.

Mənbə: http://vergiler.az/art-view/7219/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!