Ezamiyyət xərclərinin normaları artırılıb
2018-06-22 | İqtisadiyyat | 3789Ezamiyyət xərclərinin normaları artırılıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Ezamiyyə xərclərinin normaları haqqında" qərarında dəyişikliklər edib.
Beləliklə, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manatdan 90 manata, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manatdan 70 manata, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manatdan 65 manata qaldırılıb.
İndiyə qədər daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilib. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılıb.
Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Mənbə: http://apa.az/maliyye_xeberleri/ezamiyye-xerclerinin-normalari-artirilib-5788.html

İqtisadiyyat bölümünün son xəbərləri |