Azərbaycanda məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydaları təsdiq edilib.

2014-01-08 | Vergilər | 2203

Azərbaycanda məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydaları təsdiqlənib. Trend-in məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarı çərşənbə günü rəsmi mətbuatda dərc edilib.

Qaydalara görə, informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı, tərkibində məlumat və ya təlimatlar yığımı olan idxal edilmiş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərinin müəyyən olunması zamanı yalnız məlumat daşıyıcısı vasitəsinin öz qiyməti və ya dəyəri nəzərə alınır.

Sənəddə deyilir ki, gömrük orqanının tərkibində məlumat və ya təlimatlar yığımı olan məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ var. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz.

Bəyannaməçi məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi qərarla razılaşmadıqda, yuxarı gömrük orqanına və ya məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 gün müddətində baxır.

Mənbə: www.trend.az

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!