Dmitri Volvaç: Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır

2018-08-10 | Vergilər | 2198

Rusiya Azərbaycanla vergi sahəsində təcrübə mübadiləsinə hazırdır.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu sözləri Rusiya Federasiyasının Federal Vergi Xidmətinin (FVX) beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaç deyib.

O bildirib: "Biz Rusiya Federasiyasında onlayn kassa sistemlərinin yaradılması, iri vergiödəyicilərinin gəlirlərinə nəzarətin təmin olunması və bu məlumatlardan vergi inzibatçılığında necə istifadə edilməsi ilə bağlı təcrübəmizi bölüşməyə hazırıq. Azərbaycanda əlavə dəyər vergisinin elektron inzibatçılığı və elektron dövlət qeydiyyatı sahələrində təcrübəsi daha genişdir. Bu baxımdan təcrübə mübadiləsi sahəsində hər iki tərəfi maraqlandıran məsələlər var".

D.Volvaç ölkələr arasında informasiya mübadiləsinin də böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

"Biz bu prosesi yüksək səviyyədə qurmağa çalışırıq ki, ölkələrimizin vergi orqanları nəzarət tədbirlərini vergiödəyicilərini daha az narahat etməklə müəyyənləşdirilmiş müddətlərdə həyata keçirə bilsinlər", - deyə Rusiya Vergi Xidmətinin rəsmisi vurğulayıb.

Mənbə: https://azertag.az/xeber/Dmitri_Volvach_Rusiya_Azerbaycanla_vergi_sahesinde_tecrube_mubadilesine_hazirdir-1185392

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!