"Sığorta həm işçilərə, həm də işə götürənlərə sərfəlidir"

2014-01-15 | Vergilər | 2561

İşçilərin icbari sığootalanması həm işçilərin özü, həm də onların çalışdığı şirkət üçün sərfəlidir. Bu barədə fins.az-a "Atəşgah Həyat" sığorta şirkətinin idarə heyətinin sədri Əkbər Mədətli bildirib. Qeyd edək ki, söhbət istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçilərin əmək qabiliyyətinin itirilməsindən icbari sığortadan gedir. Ə.Mədətlinin sözlərinə görə, bu sığorta sayəsində işçilər iş prosesində ala biləcəkləri zədələrə görə, sığorta şirkəti tərəfindən kompensasiya ödənilir: "Bu sığortanın işə götürənlər üçün faydası ondan ibarətdir ki, belə hallar baş verəndə işçilərə kompensasiyanı işə götürən deyil sığorta şirkətləri ödəyirlər".

Qeyd edək ki, adı çəkilən sığorta növü ilə bağlı sığorta tarifləri risk qruplarına görə dəyişir. Qanuna görə isə iqtisadiyyatın müxtəlif sahələri 14 risk qrupuna ayrılıb. 1-ci risk qrupuna ən az riskli sahələrdə, məsələn bankda işləyənlər aiddir. İnşaat sektorunda işləyənlər isə əksinə, ən yüksək - 14-cü risk qrupuna aid edilir. Risk qrupları və işin xarakterindən asılı olaraq sığorta haqı əmək haqqının 0,2%-2 % arasında dəyişir: "Bu hesabla, məsələn, aylıq əmək haqqı 500 manat olan işçinin sığortalanması üçün illik sığorta haqqı 12-120 manat arasında dəyişir".

İşçinin əmək qabiliyətini daimi itirdiyi aşkar edilsə, ona birdəfəlik kompensasiya verilir: "Məsələn bir neçə ay əvvəl ağır istehsalat sahəsində çalışan usta aldığı xəsarət nəticəsində əmək qabiliyyətini daimi itirdiyinə görə, bizim şirkətdən 49 min manat həcmində sığorta ödənişi aldı".

Bununla yanaşı, qeyd edək ki, qanunvericiliyə görə, əmək qabiliyyətini itimiş və yaxud zədə almış şəxsin narkotik vasitədən və ya alkaqoldan istifadə etməsi aşkar olunarsa, ona heç bir sığorta ödənişi olmur.Bu sığorta ödənişi həmçinin peşə xəstəliyi düçar olmuş işçilərə də aid edilir.

Mənbə: www.fins.az

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!