Hansı qanunlarda dəyişikliklər olacaq?

2018-09-26 | İqtisadiyyat | 2253

Sentyabrın 24-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəliyə daxil edilmiş qanunların bəzilərinin texniki xarakterli dəyişikliklər olduğunu deyib. Milli Məclisin 2018-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə məlumat verilib. Qeyd olunub ki, hesabat dövründə komitənin 15 iclası keçirilib, bu iclaslarda 62 məsələ, o cümlədən 61 qanun layihəsi müzakirə edilib.

Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.

İclasda AR Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2017-ci il 15 dekabr tarixli Qanunun icrası məqsədilə "Aviasiya haqqında""İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlarda nəzərdə tutulan dəyişikliklər müzakirə edilib.

AR Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, dəyişikliyə əsasən sənədin 44.5-ci maddəsi yeni redaksiyada verilir. Həmin maddədə deyilir: "Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir".

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb.

Bundan əlavə, Gömrük Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən 323.1.5-ci və 323.1.6-cı maddələr ləğv olunur. Sənədə "Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir" məzmunlu 323.2-1-ci maddə əlavə edilir.

Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb.

İclasda, həmçinin Mülki Məcəllədə dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Nəzərdə tutulan dəyişikliklərə əsasən sənədin 49-1-ci maddəsinə "qanunla müəyyən edilmiş digər şəxslər" məzmunlu yeni bənd əlavə olunacaq. Eyni zamanda, "Hüquqi şəxsin yenidən təşkili" adlı 55-ci maddəyə "Bankların yenidən təşkili "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir" məzmunlu 55.6-cı bənd daxil ediləcək.

Qanun layihəsinə görə yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi "Banklar haqqında" AR Qanununun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Eyni zamanda, hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası qanunla müəyyənləşdirilir. Səhmdar cəmiyyətin təsisi zamanı səhmlərin buraxılışı və dövlət qeydiyyatı bu Məcəllə və qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

Sənədə "Bu məcəllənin 98.4-cü, 98.5-ci və 98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə əlaqədar qanunda ayrı qayda nəzərdə tutulduqda, həmin qanunun müddəaları tətbiq edilir" məzmunlu 98.15-ci maddə də əlavə ediləcək. Məcəllədə, həmçinin bir sıra texniki dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

İclasda "Banklar haqqında" Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərə də baxılıb. Bildirilib ki, bu Qanunun 57-8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır və fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.

Sənədə "bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək" məzmunlu 25.1.5-1-ci maddə əlavə ediləcək.

Dəyişikliyə əsasən bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz və səhmdarların Müşahidə Şurasının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər. Bundan başqa, Qanuna bir sıra texniki dəyişikliklər də ediləcək.

"Banklar haqqında" AR Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında AR Mülki Məcəlləsi ilə "Banklar haqqında" Qanunu arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlanıb.

"AR Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi "Təhsil haqqında""Elm haqqında" AR qanunlarına uyğunlaşdırma məqsədilə hazırlanıb.

Mülki Məcəlləyə "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanının 9.2-ci bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə bir sıra dəyişikliklər ediləcək.

Qanunla təklif olunan dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

İclasda, həmçinin "İpoteka haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Dəyişikliyə əsasən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı sənədsiz adlı qiymətli kağız formasında rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının mülkiyyətçisi - ipoteka kağızının elektron sistemində ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilmiş şəxsdir.

Qanun layihəsinə görə, daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir. Sənədə, həmçinin "Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarix və saat) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir" məzmunlu 12.7-1-ci maddə əlavə olunacaq.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda ediləcək dəyişikliyə əsasən bu sənədin 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

İclasda, həmçinin İnzibati Xətalar Məcəlləsində, "Standartlaşdırma haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Lotereyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Rəhman Hümmətov, "Azərlotereya" ASC İdarə Heyətinin sədri Maqsud Tağıyev müzakirə olunan məsələlər barədə fikirlərini bildiriblər.

Müzakirələrin yekununda baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: https://azertag.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!