Məmməd Musayev: Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var

2018-10-04 | İqtisadiyyat | 2195

"Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər. Hesab edirəm ki, vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum sahibkarların bir sıra təkliflərini müvafiq strukturlara göndərib: "Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var və topladığımız çoxsaylı təkliflər nazirliyə təqdim edilib. Hesab edirəm ki, vergi sistemində aparılacaq islahatlar effektiv olacaq və təkmil vergi ödəmə sistemi yaradılacaq. İlk növbədə vergi yükünün sahibkarlar arasında ədalətli şəkildə bölünməsi mühüm amildir. İnanırıq ki, təklif formasında təqdim etdiyimiz məsələlərlə bərabər bu dəyişikliklərin qəbul olunması sahibkarlığın inkişafına dəstək olacaq".

Mənbə: https://report.az/biznes/memmed-musayev-sahibkarlari-vergi-ve-gomruk-sistemi-ile-bagli-narahat-eden-coxlu-meseleler-var/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!