Şirkət özünü nə vaxt və necə müflis elan edə bilər? - MÜSAHİBƏ
2018-10-05 | Hüquq | 3053Son illər dünyada baş verən maliyyə böhranı müflisləşmə və iflas prosesinin aktuallığını da artırıb. Vəkil Nurlan Babayevə istinadən şirkətin müflüsləşmə qərarı və onlar ilə bağlı suallara aydınlıq gətrib.
- Nurlan müəllim, Azərbaycan qanunlarına görə, şirkət özünü nə vaxt müflis elan edə bilər?
- "Müflisləşmə və iflas haqqında" Qanuna əsasən borclunun öz öhdəliklərini ödəməsi üçün yetərli vəsaitinin olmaması müflisləşmə prosedurlarına başlanılması üçün əsasdır.
Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu kreditorun irəli sürdüyü qanuni ödəmə tələbini bu cür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir. Ya da borclu öz borclarını vaxtı çatdıqca ödəməyə qadir deyildir. Bu cür hallar olduqda borclu müəssisə və ya həmin müəssisənin kreditorları məhkəməyə iflas haqqında ərizə verərək iflas prosedurunu başlada bilərlər.
- Müflis elan olunduqdan sonra isə hansı hallar baş verir?
- Müəssisənin iflas proseduruna başlanılması ilə onun müflis elan olunmasını fərqləndirmək lazımdır. Müəssisənin iflas proseduruna başlanıldıqda müəssisəyə əmlak inzibatçısı təyin edilir. İflas prosesinə başlanması məqamından etibarən borclu öz əmlakının hər hansı hissəsi barədə sərəncam vermək hüququnu itirir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla bu cür sərəncamları borclu yalnız məhkəmənin və ya əmlak inzibatçısının icazəsi ilə qəbul edə bilər. Əmlak inzibatçısı təyin edildikdən sonra müəssisənin idarə olunması səlahiyyətləri əmlak inzibatçısına keçir. Əmlak inzibatçısı müəssisənin əmlakının mühafizəsi üçün tədbirlər görür, müəssisənin kreditorlarının tələblərini qeydə alır və kreditorların tələblərinin müəssisənin əmlakı hesabına ödənilməsi üçün tədbirlər görür. Müəssisə müflis elan olunduğu andan etibarən isə bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur. Borcluya qarşı tələblər yalnız iflas prosesi çərçivəsində irəli sürülür.
- Müflüs olan zaman şirkətin təhsisçisi nə qədər məbləğdə məsuliyyət daşıyır, yəni nizamnamə kapiatalına qoyduğu qədərmi yoxsa necə?
- Mülki qanunvericiliyə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Əgər söhbət təsərüfat cəmiyyətlərindən gedirsə hüquqi şəxsin nizamnaməsində başqa hal nəzərdə tutulmayıbsa hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Bu halda təsisçi yalnız nizamnamə kapitalına qoyduğu əmlak qədər müsuliyyət daşıyır. Təsərufat ortaqlıqlarında isə təsisçilərin əmlak məsuliyyəti daha böyük həcmdədir.
- Müflis olduqdan sonra şirkətin borcları necə ödənilir?
Əmlak inzibatçısı kreditorların tələblərini qeydə alır və onların reyestrini hazırlayır. Kreditorlara olan borclar müəssisənin aktivlərinin satılması yolu ilə ödənilir. Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə həyata keçirilir. Dəyəri borclunun aktivlərinin 5 faizindən az hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilir. Satılmış əmlakdan əldə edilən vəsait müəssisənin kreditorları arasında Müflisləşmə və iflas haqqında Qanunun 53-cü maddəsində müəyyən edilmiş ödəniş növbəliliyinə uyğun olaraq müəssisənin kreditorları arasında bölüşdürülür.
- İflas olmadıqdan əvvəl şirkət öz hesabında olan əmlakları başqasının adına keçirir, belə olan zaman borclarını geri qaytara bilmir, bəs məhkəmə hansı qərarı verir?
- Ödəmə qabiliyyəti olmayan borclunun əmlakının qanunsuz gizlədilməsi və ya başqasına verilməsi, o cümlədən ödəmə qabiliyyəti olan borclunun yalandan iflas prosesinə başlaması və ya borclunun özünü qəsdən iflasa uğratması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Belə ki, Cinayət Məcəlləsinin 210-cu maddəsinə əsasən borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması cinayət məsuliyyətinə səbəb olur və iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Azərbaycanda iflas üçün müraciət edən şirkətlər çoxdurmu, çoxdursa hansı biznes sahəsində çoxdur, azdırsa səbəbi nədir?
- Ümumiyyətlə Azərbaycanda müflisləşmə və iflas üzrə qanunvericilik və mexanizmlər təkmil deyil və beynəlxalq standartlara cavab vermir. Bunu öz rəyində Dünya Bankının ekspertləri də qeyd edib. Bu əsasən də onunla əlaqədardı ki, müəssisələr müflisləşmə prosedurlarına başlanılana qədər artıq bütün əmlakını satıb reallaşdırırlar və bunun qarşısını alacaq təkmil mexanizmlər yoxdur. Müəssisələrin nizamnamə kapitalı isə çox vaxt simvolik olaraq 10-100 manat arasında dəyişir. Belə olan halda kiçik və orta ölçülü müəssisələr iflas proseduru şərti xarakter daşıyır. Təəssüf ki, məndə müflisləşmə ilə bağlı statistika yoxdur, ancaq öz təcrübəmdən müşahidə edirəm ki, "Müflisləşmə və iflas haqqında" Qanun təcrübədə az tətbiq olunur.
- Şirkət iflasa uğuradığını necə sübut edir, bunun üçün hansısa audit yoxlaması aparırmı, yoxsa məhkəməmi təyin edir?
- Borclu müəssisə məhkəməyə iflas haqqında ərizə verərkən öz ödəmə qabiliyyətsizliyini sübut edən mnəlumatları və sənədləri öz ərizəsinə əlavə etməlidir. Hər bir halda borclu ərizəyə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısını və sonuncu hesabat tarixinə olan mühasibat balansını əlavə edir. Ayrıca audit yoxlamasının aparılması qanunda məcburi şərt kimi qoyulmayıb. Müəssisə sonuncu audit rəyini və ya müəssisənin ödəmə qabiliyyətinin olmaması barədə audit rəyini öz ərizəsinə sübut kimi əlavə edə bilər. Ancaq hər bir halda məhkəmə təqdim olunmuş məlumatları qiymətləndirərək yekun qərar verir.
- İflasla bağlı məhkəmə prosesi nə qədər vaxt çəkir?
- İflas prosedurları üzrə ayrı ayrılıqda bir neçə prosessual müddətlər müəyyən olunub. Ancaq qanunvericilik bütün prosesi hər hansı konkret müddətlə məhdudlaşdırmır.
- Əgər şirkət müflis olarsa və o borclarını ödəməyə gücü çatmırsa, ya mülkləri olmursa borc batırmı?
- Bəli. Bu artıq sahibkarlıq fəaliyyətindən doğan risklərdir. Ona görə də sahibkarlar tərəfdaşlarını seçərkən diqqətli olmalı və qarşı tərəfin ödəmə qabiliyyətini qiymətləndirməlidirlər.
Mənbə: http://marja.az/news/31556

Hüquq bölümünün son xəbərləri |