Azərbaycanda sığortaçıların elektron uçotu xidməti işə salınıb

2014-01-25 | Vergilər | 2054

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığortaçıların elektron uçotu xidmətini işə salıb.

Trend-in məlumatına görə, fondun sədri Elman Mehdiyev xidmətin təqdimatı zamanı deyib ki, yeni xidmət sosial sığorta şəhadətnaməsinin alınması prosesini onlayn rejimdə aparmağa imkan verir: "Əvvəllər əmək fəaliyyətinə yenicə başlamış vətəndaş sosial sığorta şəhadətnaməsini almaq üçün işəgötürən əmək müqaviləsini imzaladıqdan sonra lazımi sənədlərin siyahısını şəxsən Fonda təqdim etməli idi. Bundan sonra isə hər bir işəgötürən öz əməkdaşları üçün bu şəhadətnamələri öz ofisindən çıxmadan rəsmiləşdirmək imkanı əldə edir".

Onun sözlərinə görə, bu xidmətin tətbiqi vətəndaşlara öz vaxtına qənaət etməyə və şəffaflığı artırmağa imkan verəcək.

Mənbə: www.trend.az

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!