Azərbaycanda 2019-cu ildən başlayaraq gəlir vergisi sitemində əsaslı islahatların aparlması planlaşdırılır.
2018-10-23 | Vergilər | 3672
2019-cu ildən başlayaraq Azərbaycan hökuməti özəl (qeyri-neft) sektorunda çalışan işçilərin gəlir vergisi və sosial sığorta haqlarının yığılması sistemini əhəmiyyətli dərəcədə dəyişdirməyi planlaşdırır.
2019-cu ilin dövlət büdcə zərfinə əsasən, bu islahatlar çərçivəsində 1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda, gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub. (hazırda gəlir vergisi ayda 2 500 manata dək gəlirdən 14% dərəcəsi ilə, 2 500 manatdan artıq olduqda 25% dərəcə ilə tutulur).
Əgər işçinin əmək haqqısı 8 000 manatdan çoxdursa, o zaman, güzəşt 44% olacqdır.
Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Məcburi sosial sığorta üzrə ödənişlərin ödənilməsi sistemində islahatlar differensial dərəcələrin istifadəsini nəzərdə tutur. Xüsusilə, əgər işçinin əmək haqqısı 200 manata bərabərdirsə, işçi sosial sığorta üçün əmək haqqının 3% -ni, işəgötürən isə 22% -ni ödəyir.
İşçinin əmək haqqısı 200 manatdan artıq olarsa, sosial sığorta üçün 6 manat + 200 manatdan artıq olan məbləğin 10% ödəyəcək. Bu halda işəgötürən 44 AZN + 200 AZN-dən çox olan məbləğin 15% ödəyəcək.
Hökumətin proqnozuna görə, bu islahatlar ilkin mərhələdə "gəlir vergisi" maddəsi ilə gəlirlərin dövlət büdcəsinə bir qədər azalmasına gətirib çıxara bilər. Bununla yanaşı, sonrakı illərdə ölkədə iqtisadi fəaliyyətin artması və "kölgə iqtisadiyyatının" payının azalması, vergi inzibatçılığının güclənməsi nəticəsində bu vergidən büdcə gəlirləri artacaq.
2019-cu ilin dövlət büdcəsində gəlir vergisi üzrə gəlirlər 880 milyon manat məbləğində müəyyən edilib. 2018-ci ildə bu vergi üzrə gəlirlər 1 milyard 196 milyon manat məbləğində müəyyən edilmişdir.

Vergilər bölümünün son xəbərləri |