Azərbaycanda uçot dərəcəsi azaldılıb
2018-10-30 | İqtisadiyyat | 2873Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qərar qəbul edib.
"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi, 2018-ci il aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması, 2018-ci il iyunun 14-də uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması, 2018-ci il avqustun 1-də də eyni səviyyədə (uçot dərəcəsinin 10%, faiz dəhlizinin yuxarı həddi 12%, aşağı həddi 8%) saxlanılması barədə qərar qəbul etmişdi.
Qurum faizlərə növbəti dəfə bu ilin dekabr ayında baxacaq.
Muhasib.az saytının şərhi
Mühasiblər üçün uçot dərəcəsinin azalması aşağıdakı əməliyyatlara təsir edəcəkdir. Belə ki, vergi uçotunda AR Vergi Məcəlləsinin 110-cu maddəsinə əsasən
Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması. AR Vergi Məcəlləsi, Maddə: 110.
Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə AR Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Misal |
Mənbə: https://report.az/maliyye/azerbaycanda-ucot-derecesi-azaldilib/

İqtisadiyyat bölümünün son xəbərləri |