Növbəti ildə böyük vergi islahatı aparılacaq
2018-11-06 | Vergilər | 3275"Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik".
"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
"Ona görə ki, biz istəyirik iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın və bunun üçün sahibkarlar üçün stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə ARDNF-dən transfert əhəmiyyətli dərəcədə artmır",- nazir deyib.
O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyyələşdirilirdi: "İndi bu layihələr dövlət büdcəsi ilə maliyyələşdiriləcək".
Mənbə: https://report.az/maliyye/maliyye-naziri-novbeti-ilde-boyuk-vergi-islahati-aparilacaq/

Vergilər bölümünün son xəbərləri |