Vergidəki dəyişikliklər - AÇIQLANDI

2018-11-06 | Vergilər | 3640

Vergilər naziri Mikayıl Cabbarov 2019- cui ildə vergi siyasətində baş verəcək dəyişikliklər barədə danışıb.

Nazir Milli Məclisdəki çıxışında qeyd edib ki, növbəti il sahibkarlığın inkişafının dəstəklənməsinə, özəl investisiyaların təşviqinə xidmət edəcək: "Bu məqsədlərə nail olmaq üçün bərabər şərtlər və vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi təyin edilib. Qeyri-neft sektorunda tətbiq ediləcək güzəştlər də buna yönəlib.

Əsas meyarlar vergidən yayınmanın azaldılması, uçot bazası, mal dövriyyəsinin sənədləşdirilməsi, vergi tutma rejiminin təkmilləşdirilməsi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərənin gücləndirilməsidir. İqtisadiyyatımızın bir sıra sahələrinə vergi güzəştləri tətbiq olunur. Beləliklə, son istiqamət vergi və vergi yığımının inzibatçılığının təkmilləşdirilməsidir.

Bu problemlərin həlli üçün vergi siyasətində beş istiqamət müəyyənləşib. Bunlar kölgə iqtisadiyyatının azaldılması, vergitutma bazasının təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının genişləndirilməsidir".

Mənbə: http://fed.az/az/news/read/50273

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!