Əlavə Dəyər Vergisinin ÜDM-ə nisbəti növbəti il üçün 5,0 faiz nəzərdə tutulub
2018-11-08 | İqtisadiyyat | 2185Növbəti il üçün proqnozlaşdırılmış ƏDV məbləğinin 44,0 faizi Vergilər Nazirliyinin, 56,0 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Bildirilib ki, 2019-cu il üçün nəzərdə tutulmuş artım məbləğinin komitə tərəfindən təmin edilməsi ölkədaxili dövriyyələrin tam bəyan olunmaması şəraitində Vergilər Nazirliyinin xətti ilə büdcə gəlirləri üzrə artıqödəmə məbləğində artımın olmasına təsir göstərəcək.
Eyni zamanda, cari ilin 6 ayı ərzində artıqödəmə ilin əvvəli ilə müqayisədə 3,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz azalmasına baxmayaraq 2,4 milyard manat təşkil edir. Vergi daxilolmalarının effektinin və nəzərdə tutulmuş dəyişikliklərin təsirinin qiymətləndirilməsi, ilk növbədə, artıqödəmə məbləğlərinin ləğvini tələb edir.
"Büdcənin vergi gəlirlərinin tərkibində Əlavə Dəyər Vergisinin ÜDM-ə nisbəti növbəti il üçün 5,0 faiz nəzərdə tutulub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlərdə orta göstərici 7 faizə yaxındır", - deyə palata sədri qeyd edib.
V.Gülməmmədov diqqətə çatdırıb ki, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunması ilə bağlı nəzərdə tutulmuş dəyişikliyin tətbiqinin publik hüquqi şəxslər tərəfindən maliyyə, mühasibat və vergi uçotunun kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcəyini ehtimal etmək olar. Hesablama Palatası həmin azadolmaların müəyyən vaxt məhdudiyyəti çərçivəsində tətbiqini təklif edir. Ümumiyyətlə, güzəşt və azadolmaların təsir miqyasının və onların tətbiq olunmadığı təqdirdə həmin vergi məbləğlərinin iqtisadi sistemə effektinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Vergi güzəştlərinin tətbiqində əsas məqsəd vergiödəyicilərinin vergi yüklərinin bərabərləşdirilməsidir. Bu baxımdan Hesablama Palatası vergi xərclərinin qiymətləndirilməsinin tətbiqini məqsədəmüvafiq hesab edir.

İqtisadiyyat bölümünün son xəbərləri |