Milli valyutanın ölkədən çıxarılması və gətirilməsində məhdudiyyət olmayacaq
2018-11-13 | İqtisadiyyat | 2302Ölkədən milli valyutanın (Manatın) çıxarılması və gətirilməsində məhdudiyyətin olmamasını tənzimləyən xüsusi hüquqi aktın qəbul edilməsinə ehtiyac yaranmışdır.
"Marja" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, qüvvədə olan qanunvericilikdə bu əməliyyatları hər hansı qadağan edən normalar mövcud olmasa da, gömrük nəzarəti zamanı vətəndaşlar müəyyən çətinliklərlə üzləşir: "Yaranmış vəziyyəti, eləcə də ölkənin milli valyutasının sabitləşdiyi bir vaxtda regional səviyyədə dövriyyəsini stimullaşdırmaq məqsədilə milli valyutanın gömrük prosedurlarını altında məhdudiyyətsiz olaraq sərhəddən keçidini tənzimləyən hüquqi aktın layihəsi hazırlınmış, əlaqədar dövlət qurumları ilə razılaşdırılmış və "Valyuta tənzimi haqqında" Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqinə təqdim edilmişdir".

İqtisadiyyat bölümünün son xəbərləri |