Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlbi təklif olunur

2018-11-16 | Vergilər | 2421

Azərbaycana idxal olunan avtobuslar aksiz vergisinə cəlb edilə bilər.

"Report" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Avtobuslar
- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrə görə - 2 manat
- Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8000 manat + mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat
- Mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda 16000 manat + mühərrikin həcminin 6001-8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 6 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədək olduqda 28000 manat + mühərrikin həcminin 8001-10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat
- Mühərrikin həcmi 10 000 kubsantimetrədən çox olduqda 44000 manat + mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 10 manat

Mənbə: https://report.az/maliyye/azerbaycana-idxal-olunan-avtobuslarin-aksiz-vergisine-celbi-teklif-olunur/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!