Nazirlik rəsmisi: Vergi qanunvericiliyinə dəyişikliklər ölkədə maliyyə bazarlarının inkişafını sürətləndirə bilər

2018-12-13 | İqtisadiyyat | 2260

"Vergi qanunvericiliyinə edilən dəyişikliklər, ümumilikdə, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir".

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov deyib.

"Dövlət 7 il müddətinə gəlir vergisi üzrə öz fiskal daxil­olmalarının əhəmiyyətli hissəsindən imtina etsə də, aparılan islahatların ölkə iqtisadiyyatı üçün birbaşa və dolayı şəkildə müsbət multiplikativ effekti proqnozlaşdırılır. Qeyd etdiyim kimi, islahatlar rəsmiləşən iş yerləri və əməkhaqqı üzrə toplanan sosial sığorta haqlarının artmasına imkan verəcək. Pensiya kapitalının həcminin artması pensiya sisteminin yığım hissəsində daha çox vəsaitin cəmləşməsini, vəsaitlərin uzunmüddətli investisiyaların mühüm mənbəyinə çevrilməsini, ölkədə maliyyə bazarlarının inkişafını sürətləndirə bilər. Pensiya sisteminin maliyyə dayanıqlığının güclənməsi Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığının azalması və tədricən neytrallaşması ilə nəticələnməlidir", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda qeyri-leqal əmək haqqı nağd şəkildə verildiyindən iş yerlərinin rəsmiləşdirilməsi ölkə iqtisadiyyatında nağdlaşma səviyyəsinin aşağı düşməsinə, bank sektoruna qeyri-nağd pul axınlarının çoxalmasına imkan yaradacaq.

"Bununla yanaşı, əhalinin leqal və daha yüksək əməkhaqqı ilə banklardan kredit almaq imkanlarının genişlənməsi, nəticədə bank kreditlərinin həcminin böyüməsi və bunun iqtisadi artıma, məşğulluğa və inklüziv, yəni cəmiyyətdə hər kəsi əhatə edən inkişafa müsbət təsiri qaçılmazdır. Qeyri-neft-qaz sektorunun özəl bölməsində işəgötürənlərin əmək xərclərinin azalması investorlar üçün ölkə iqtisadiyyatını daha cəlbedici etməklə investisiyaların həcminə və iqtisadi artıma müsbət təsir göstərəcək", - deyə Nazirlik rəsmisi əlavə edib.

Mənbə: https://report.az/maliyye/nazirlik-resmisi-vergi-qanunvericiliyine-deyisiklikler-olkede-maliyye-bazarlarinin-inkisafini-suretlendi

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!