Sahib Ələkbərov: Bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə edir

2018-12-19 | Vergilər | 3003

"Son vaxtlar bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə etməyə cəhd göstərməyə başlayıblar".

"Report" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov ATV-də yayımlanan "İqtisadi zona" proqramında deyib. Onun sözlərinə görə, hazırda ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 90%-dən çoxu sadələşdirilmiş vergi ödəyiciləridir. Bir çox ölkələrdə vergi daxilolmalarında sadələşdirilmiş verginin xüsusi çəkisinin 40% civarında olduğunu deyən nazir müavini qeyd edib ki, Azərbaycanda vergi daxilolmalarında bu verginin xüsusi çəkisi isə 5 %-dən bir az çoxdur.

"Sadələşdirilmiş vergi tətbiq olunarkən onun sahibkarlar üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, normal vergi uçotunun formalaşdırılmasına da şərait yaradacağına ümid edilirdi və ilk dövrlərdə həqiqətən də belə olmuşdu. Lakin son vaxtlar nə müşahidə olunur? Son vaxtlar bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə etməyə cəhd göstərməyə başlayıblar. Bir sıra böyük müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə "parçalayaraq" sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir, digər vergiləri ödəməkdən yayınırlar. Üstəlik, onlar sadələşdirilmiş vergini 2 faizlə ödəmək üçün Bakıda fəaliyyət göstərsələr də, öz bizneslərini regionlarda qeydiyyatdan keçirirlər və bununla da vergi uçotu üçün ciddi problemlər yaradırlar. Bütün bunların qarşısının alınması məqsədilə Vergi Məcəlləsində zəruri dəyişikliklər edilib".

S.Ələkbərov bildirib ki, Vergi Məcəlləsində edilmiş dəyişiklik sadələşdirilmiş verginin ləğvini nəzərdə tutmur: "Lakin bəzi sahələr var ki, həmin fəaliyyət istiqamətləri üzrə iş qurmuş sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Məsələn, indiyədək dövriyyəsi kifayət qədər böyük olan bəzi sahibkarlar dövlətdən lisenziya aldığı halda, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirdilər. Amma gələn ildən bu, belə olmayacaq. Məlum olduğu kimi, yalnız xüsusi nəzarət tələb edən sahələrə lisenziya verilir və bu lisenziyaların sayı çox azdır. Topdansatış ticarətlə, eləcə də qızıl məmulatlarının, xəz-dəri məhsullarının satışı və bəzi digər fəaliyyət növləri ilə məşğul olan sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər".

Mənbə: https://report.az/biznes/sahib-elekberov-bezi-sahibkarlar-sadelesdirilmis-vergiden-bir-vergiden-yayinma-sxemi-kimi-istifade-edir/

Vergilər bölümünün son xəbərləri

2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!