Maliyyə Nazirliyinin bəzi səlahiyyətləri Vergilər Nazirliyinə verildi - FƏRMAN

2018-12-21 | İqtisadiyyat | 2497

Vergi Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsi ilə bağlı prezident İlham Əliyevin fərmanında Vergilər və Maliyyə Nazirliklərinin səlahiyyətləri də dəyişdirilib. FED.az xəbər verir ki, adı çəkilən nazirliklərin əsasnamələrinə edilən dəyişikliklərə əsasən, Maliyyə Nazirliyinin bəzi səlahiyyətləri Vergilər Nazirliyinə verilib.

Dəyişikliyə görə, 2009-cu ildən bu günə qədər Maliyyə Nazirliyinin səlahiyyətində olan iki bənd Vergilər Nazirliyinin səlahiyyətinə ötürülüb.

Dəyişiklik Fərmanda aşağıdakı formada deyilir,

1. "Vergilər Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 11.23-2 - 11.23-4-cü bəndlər əlavə edilsin:

11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" və "Dərman vasitələri haqqında" qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;".

2. "Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.

Banker.az bildirir ki, bu bəndlər 2009-cu ildəki fərmandı belə idi:

8.19. aksiz markalarının hazırlanması üçün sifarişlər vermək, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

Mənbə: http://www.fed.az/az/news/read/53599

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!