Xərclədiyimiz hər 100 manatdan 2,28 manatı geri alacağıq - HESABLAMA

2018-12-21 | Vergilər | 3474

Vergi Məcəlləsinə edilən dəyişiklikərdən bəziləri ölkə vətəndaşları üçün əlavə gəlir mənbəyi yaradacaq. FED.az xəbər verir ki, dəyişikliyə əsasən vətəndaş olaraq marketdən aldığımız mala görə plastik kartla ödəniş etsək pulun bir qismi dövlət tərəfindən geri qaytarılacaq. Vergi eksperti Vəli Əliyevin fikrincə, faktiki olaraq "kəş bək" funksiyasının işə düşməsi məcəlləyə edilən ən mütərəqqi yeniliklərdən biridir və bu dəyişiklik nağdsız hesablaşmaların həcminin artmasına səbəb olacaq.

Belə ki, 100 manatlıq malın 15.25 manatını ƏDV-si təşkil edir. Həmin məbləğin isə 15%-inı, yəni 2.28 manatını (plastik kart ilə ödəniş etdikdə) dövlət vətəndaşın müraciəti əsasında geri qaytaracaq. Bildirmək istəyirəm ki, aldığımız ərzağa, geyimə, tikinti materiallarına, ev əşyaları və mebelə, mobil telefon və məişət texnikasına, uşaq yeməkləri və dərmana, avtomobillərin ehtiyat hissələrinə, həmçinin zərgərlik məmulatlarına xərclənən vəsaitin bir qismini geri ala biləcəyik. Bunun üçün bizdən tələb olunanlar:

  1. Mal alan zaman kassa qəbzi əldə etmək;
  2. Ödənişi əsasən plastik kart vasitəsi ilə həyata geçirmək və posterminaldan çıxan qəbzi əldə etmək.
  3. Kassa qəbzində qeyd olunanlara diqqət yetirmək.
  4. Pulun geri qaytarılması üçün dövlət orqanına müraciət etmək (dövlət orqanının adı yaxın vaxtlarda məlum olacaq).

Kassa qəbzində mütləq aşağıdakı göstəricilərin əks olunmasına diqqət yetirmək lazımdır.

  • vergi ödəyicisinin adı;
  • VÖEN-i;
  • çekin vurulmasının tarixi və saatı;
  • təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  • malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  • gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  • nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
  • nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
  • malın sürətli məlumat kodu (Quick Response Code).

Digər məsələ isə öndan ibarətdir ki, bəzi kassa qəbzlərindəki yazılar zaman keçdikcə oxunaqlığını itirir. Ona görə də qəbzlərin kserosurətlərinin çıxarılaraq saxlanılmasını tövsiyə edirəm.

Mənbə: http://www.fed.az/az/news/read/53621

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!