Vergilər Nazirliyi göz yumacağına söz vermir
2018-12-26 | Vergilər | 2481İllərdir intizamsız işləyən vergi ödəyicisi 2019-cu ildən güzəştlərdən istifadə edərək işçilərin sayını, əməkhaqqını və gəlirlərini şəffaf şəkildə göstərərsə, vergi orqanı əvvəlki illərə görə barəsində bir tədbir görəcəkmi? Bu sual bir çox sahibkarı düşündürür.
"Marja" xəbər verir ki, cavab mənfidir.
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, vergi orqanının əlində mənbəyi bəlli, əsaslandırılmış məlumat olarsa vergi ödəyicisinin vergi öhdəliyi bərpa olunacaqdır:
"Əsasladırılmamış sənəd olmadan vergi tələb edə bilmərik. Hansısa vergini tələb etmək üçün vergi orqanı bunu sübut etməlidir. Əgər sübut olunacaq qədər çox iz buraxıbsa mütləq vergi nəzarəti zamanı bu aşkarlanacaqdır, cinayət əlaməti varsa tədbirlər görüləcəkdir. Vergidənyayınma varsa, güzəştlərə baxılmayacaqdır".
Vergilər Nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, vergi orqanı 3 il əvvələdək olan dövrü yoxlaya bilər:
"Biz müəyyən etdik ki, bir il əvvəl vergi ödəyicisi çox ciddi qanun pozuntularına yol verib və dövlətə çatası vergiləri büdcədən yayındırıb, mənimsəyib... Bu o demək deyil ki, vergi orqanı ona göz yumacaq. Bizim imkanımız var ki, 3 il əvvələdək yoxlayaq".
Mənbə: http://marja.az/news/36175

Vergilər bölümünün son xəbərləri |