Azərbaycanın Paying Taxes 2019 vergitutma reytinqində mövqeyi xeyli yaxşılaşıb
2018-12-26 | İqtisadiyyat | 2296Azərbaycan "Paying Taxes 2019" vergitutma reytinqində 28-ci yeri tutub.
Bu barədə böyük konsaltinq şirkətləri şəbəkəsi olan "PwC"nin mütəxəssislərinin Dünya Bankı ilə birgə apardığı araşdırmada qeyd olunur.
Araşdırmaya əsasən, Azərbaycanın ümumi vergi dərəcəsi 40,8 faiz təşkil edir, bu da şirkətin gəlirində vergi və ödənişlərin xüsusi çəkisi deməkdir.
Bununla, Rusiya reytinqdə 53-cü, Qazaxıstan 56-cı, Özbəkistan 64-cü, Ermənistan 82-ci, Tacikistan 136-cı, Qırğızıstan isə 150-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, araşdırma vergi sahəsində bir sıra göstəriciləri nəzərə alır - il ərzində ödənişlərin sayı, vergi qanunvericiliyinə uyğunlaşma üçün lazım olan vaxt, ƏDV sisteminin tətbiqi.
Xatırladaq ki, ötən il Azərbaycan reytinqin 35-ci pilləsində qərarlaşmışdı.
Mənbə: http://marja.az/news/36183

İqtisadiyyat bölümünün son xəbərləri |