Əhaliyə ƏDV-nin qaytarılmasına ən tezi apreldən sonra başlanılacaq - VERGİLƏR NAZİRLİYİNDƏN AÇIQLAMA

2019-01-03 | Vergilər | 3183

Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.

Belə ki, ödənişi post terminallar və kassa çeki ilə edənlər ƏDV-nin 15% və 10%-ni geri alacaqlar. Qeyd edək ki, Azərğaycanda ƏDV dərəcəsi 18% olduğundan hər 100 manata 15.25 manat ƏDV hesablanır (100 * 18/118). Nəticədə ödənişi POS terminalla edən müştərilər alqı-satqının 2,29%-i yəni hər 100 manata görə, 2,29 manat, kassa çeki ilə edənlər isə 1,52%-i yəni 1,52 manat ödəniş alacaqlar.

Vergilər Nazirliyindən bildirilir ki, bu güzəştlərin tətbiqində məqsəd həm müştərilərdə stimul yaradılması, həm də nağdsız ödəmələrin ən çox "axsadığı" sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaqdır.

Bununla yanaşı, məlum olub ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra alacaq. Vergilər Nazirliyindən bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərin qüavəyə minməsi ilə bağlı prezidentin fərmanında bu məsələ 1.1.14-cü bənddə əksini tapıb. Həmin maddədə Nazirlər Kabinetinə tapşırılır ki, vergilərin geri qaytarılması, daha dəqiqi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Başqa sözlə, bu qaydalanın hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. "Bu qaydalar hazırlanıb qüvvəyə mindikdən sonra vətəndaşlar verginin qaytarılan hissəsini ala biləcəklər"-deyə nazirlikdən bildirilib. Qeyd edək ki, işlər qrafik üzrə getsə, yenilik apreldən qüvvəyə minəcək.

Bununla yanaşı, nazirlikdən bildirilib ki, həmin müddətə qədər edilən alqı-satqılar üçün də vergiləri geri almaq mümkün olacaq. Bunun üçün vətəndaşların kassa və digər çekləri saxlamaları tövsiyə olunur.

Mənbə: http://marja.az/news/36440

Vergilər bölümünün son xəbərləri

2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!