Azərbaycan bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemini yaradır

2014-02-06 | Vergilər | 2087

Azərbaycanda bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemi yaradılır.

Bunu bu gün Bakıda keçirilən vergi forumunda Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov məlumat verib.

Onun sözlərinə görə, yeni sistem bələdiyyə vergilərinin tam yığılmasına və dəqiq uçotun aparılmasına imkan verəcək: "Bələdiyyələrin AVİS sistemində onlayn kargüzarlıq, vergilərin elektron qaydada ödənilməsi, bəyannamələrin elektron qaydada təqdimatı imkanları yaradılıb".

N.Şirinov deyib ki, bu sistemlə bələdiyyələr qarşısında potensial vergi öhdəliyi olan fiziki və hüquqi şəxslər öz əmlaklarını qeydiyyatdan keçirə, onlar üçün qeydiyyat şəhadətnaməsi ala biləcəklər.

Mənbə: http://www.apa.az

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!