Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə məlumat forması (topdan və lizinq)

2019-01-04 | Vergilər | 3784

2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri (lizinq alan qismində hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edən maliyyə lizinqi müqavilələri istisna olmaqla) barədə məlumat forması (Əlavə 1)

2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyicilərinin sahibliyində qalan mallar barədə məlumat forması (Əlavə 2)

2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyicilərinin sahibliyində qalan malların həqiqiliyinin yoxlanılması məqsədilə bəyan olunmuş malların saxlandığı obyektlərdə keçirilən baxışın nəticəsinə dair Akt (Əlavə 3)

Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə

MƏLUMAT FORMASI (LİZİNQ)

Hörmətli vergi ödəyicisi!

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən 1 yanvar 2019-cu il tarixdən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Eyni zamanda maliyyə lizinqinin obyekti qismində əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlaklar iştirak edir.

Bununla əlaqədar olaraq 1 yanvar 2019-cu il tarixədək bağlanmış və predmeti əsas vəsait olmayan maliyyə lizinqi müqavilələri barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir.

2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri barədə məlumat formasını qeydiyyatda olduğunuz vergi orqanına təqdim etdiyiniz təqdirdə həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyası tətbiq edilir.

Bu məlumat formasına əlavə edilmiş qoşmadakı məlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

MƏLUMAT FORMASI (TOPDAN)

Hörmətli vergi ödəyicisi!

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununa əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv edilmişdir.

Qeyd olunan dəyişikliklərlə əlaqədar olaraq 1 yanvar 2019-cuil tarixədək sahibliyinizdə qalan malların növbəti ildən etibarən təqdim edilməsi zamanı ƏDV-nin malların satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanması məqsədilə həmin mallar barədə məlumatların məlumat formasına əlavə edilmiş qoşmada tam və düzgün doldurularaq 15 yanvar 2019-cu il tarixdən gec olmayaraq vergi orqanına təqdim edilməsi Sizə bildirilir.

Bu məlumatlar Sizin tərəfinizdən bir dəfə təqdim edilir və təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində düzəlişlərin edilməsi mümkündür. Bu müddət bitdikdən sonra məlumatların dəqiqləşdirilməsinə yol verilmir.

Məlumat forması tərəfinizdən təqdim olunduğu təqdirdə sahibliyinizdə qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır.

Sizin tərəfinizdən təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilmir.

Bu məlumat formasına əlavə edilmiş qoşmadakıməlumatlar elektron kargüzarlıq vasitəsi ilə elektron sənəd formasında təqdim olunmalıdır.

Azərbaycan Respublikası Vergilər Nazirliyi

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=pages&page=268

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!