Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib

2018-01-08 | Vergilər | 3104

Məlumata görə, müraciətdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının köçürüləcəyi hesablarda dəyişiklik olmadığı bildirilib.

"Belə ki, 1 yanvar 2019-cu il tarixdən vergi ödəyicisi məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün vəsaitləri qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı üzrə Dövlət Xəzinədarlığı orqanlarında mövcud məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ayırmaları üzrə hesablara köçürülməlidir. Hesablar üzrə məlumatlar taxes.gov.az rəsmi internet səhifəsində yerləşdirilib", - deyə müraciətdə vurğulanıb.

Müraciətdə o da qeyd olunub ki, vergi ödəyicisi tərəfindən səhvən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları vergi və digər büdcə ödənişləri üzrə hesablara köçürüldüyü halda həmin vəsaitlərin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Vergilər Nazirliyi bir daha bəyan edib ki, 01.01.2019-cu il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatlar vergi orqanlarına təqdim edilməlidir: "Bildiririk ki, qeyd olunan hesabatları sərbəst surətdə təqdim etmək imkanına malik olmayan şəxslər Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 56 ünvanında yerləşən Xidçət Mərkəzinə müvafiq köməklik göstərilməsi üçün müraciət edə bilərlər".

Mənbə: http://marja.az/news/36603

Vergilər bölümünün son xəbərləri

2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!