Dövlət qulluqçularının gəlir vergisi belə hesablanacaq - QAYDA

2019-01-28 | Vergilər | 2675

Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan işçilərin əməkhaqqından gəlir vergisinin tutulmasında ciddi güzəştlər müəyyənləşdirilib.

FED.az-ın məlumatına görə, bu güzəştlər həmin sektorlarda muzdlu işçi kimi fəaliyyət göstərən təxminən 500 mindən artıq insanın gəlir vergisindən azad edilməsinə şərait yaradır.

Xatırladaq ki, Azərbaycanda sadə vətəndaşların böyük əksəriyyəti yalnız gəlir vergisinin ödəyicisidir. Məcəllədəki dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan və aylıq əməkhaqqı 8.000 manata qədər olan işçilər 7 il müddətinə gəlir vergisindən azad edilir. Həmin sektorlarda çalışan və 8.000 manatdan artıq əməkhaqqı alan işçilər isə həmin məbləğdən çox hissədən 14 faizlə gəlir vergisi ödəyirlər.

Dəyişiklik bu sektorda əməkhaqqının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Bununla belə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə neft-qaz sahəsində və dövlət sektorunda çalışan işçilərə münasibətdə də əməkhaqqından gəlir vergisinin hesablanma qaydasında güzəştlər nəzərdə tutulur. Son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2.500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manata qaldırılıb. Əməkhaqqının məbləği 2.500 manatadək olduqda aylıq 200 manatdan yuxarı hissəsindən 14 faiz, 2.500 manatdan yuxarı olduqda isə 25 faiz dərəcə ilə vergi tutulur.

Beləliklə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə həm neft-qaz sahələrində, həm də dövlət müəssisələrində çalışan işçilər, o cümlədən dövlət qulluqçuları üçün də stimullaşdırıcı müddəalar nəzərdə tutulub.

MİSAL:

Məcəllənin 101.1 və 102.1.6-cı maddələrinə əsasən, hazırda 570 manat əməkhaqqı alan dövlət qulluqçusunun əməkhaqqından gəlir vergisi bu cür hesablanır:

570 - 200 = 370 x 14% = 51,8 manat.

Mənbə: http://www.fed.az/az/news/read/55880

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!