Ələt iqtisadi zonası ilə bağlı bir çox qanunvericilik aktlarında dəyişikliklər təsdiq eidlib.

2019-01-29 | İqtisadiyyat | 2394

Belə ki,

Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.4.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.4.9-cu maddə əlavə edilsin:

“2.4.9. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddəalar.”;

1.2. 2.4-1-ci maddənin ikinci cümləsində “maddəsində” sözündən sonra “(bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 2.7-1-ci maddə əlavə edilsin:

“2.7-1. Ələt azad iqtisadi zonasında vergitutma və vergi nəzarəti, vergi azadolmaları və güzəştləri ilə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.2.6-cı maddə əlavə edilsin:

“4.2.6. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddəalar.”;

1.2. aşağıdakı məzmunda 4.4-1-ci maddə əlavə edilsin:

“4.4-1. Ələt azad iqtisadi zonasında gömrük nəzarəti, gömrük ödənişlərinin ödənilməsi qaydası (o cümlədən gömrük ödənişlərindən azadolmalar və həmin ödənişlərlə bağlı güzəştlər) ilə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:

“2.3. Ələt azad iqtisadi zonasında auditorun peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“1.1. Bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan sonra - təsərrüfat subyektləri) şamil edilir.

1.2. Ələt azad iqtisadi zonasında auditor xidməti ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə aşağıdakı məzmunda onuncu hissə əlavə edilsin:

“10. Ələt azad iqtisadi zonasında valyuta əməliyyatları “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında icarə münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında mübahisələrin həlli zamanı “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınır.”.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında notariat fəaliyyəti “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “bütün ərazisində” sözlərindən sonra “(Ələt azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Ələt azad iqtisadi zonasında inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Ələt azad iqtisadi zonasında daşınar əmlakın yüklülüyü ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin mətni 3.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:

“3.2. Ələt azad iqtisadi zonasında daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 2.4-cü maddə əlavə edilsin:

“2.4. Ələt azad iqtisadi zonasında elektron ticarətin təşkili və həyata keçirilməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında əmtəə nişanları və coğrafi göstəricilər sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun preambulasının ikinci hissəsində “ərazisində” sözündən sonra “(Ələt azad iqtisadi zonası istisna olmaqla)” sözləri əlavə edilsin.

“Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:

“1.2. Ələt azad iqtisadi zonasında xarici investisiyaların qorunması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 633) aşağıdakı məzmunda 3.4-cü maddə əlavə edilsin:

“3.4. Ələt azad iqtisadi zonasında tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi üzrə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında əmanətlərin sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin mətni 6.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:

“6.2. Ələt azad iqtisadi zonasında əmanətlərin tam sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Ələt azad iqtisadi zonasında torpaqların icarəyə verilməsi və icarə münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Bu Qanunun müddəaları Ələt azad iqtisadi zonasına şamil edilmir.”.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“3. Ələt azad iqtisadi zonasında torpaq münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.

Mənbə: https://president.az/documents

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!