Vergi və gömrük sistemində daha böyük nailiyyətlər gözlənilir
2019-02-01 | İqtisadiyyat | 2287Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Son bir ildə ölkə iqtisadiyyatında baş verən dəyişiklikləri şərh edən millət vəkili vurğulayıb ki, hazırda həyata keçirilən islahatlar, xüsusən də son struktur dəyişiklikləri fonunda Azərbaycanın bundan sonrakı iqtisadi potensialının necə formalaşacağı barədə aydın təsəvvürlər formalaşıb.
Z.Səmədzadə qeyd edib ki, istehsal və xidmət sahələrinin stimullaşdırılması, vergi və gömrük sistemində şəffaflaşma istiqamətində həyata keçirilən islahatlar nəticəsində qarşıdakı illərdə daha böyük nailiyyətlər gözlənilir: "Hökumət strukturları həyata keçirilən islahatlara uyğun olaraq, ölkə başçısının tapşırıqları əsasında bürokratik əngəllərin aradan qaldırılmasına, sahibakarlara dəstək olmağa və sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına çalışır. Bu istiqamətdə aparılan islahatlar istehsal və xidmət sahələrinin inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin daha da artması üçün çox geniş imkanlar açır".
Elxan SALAHOV

İqtisadiyyat bölümünün son xəbərləri |