Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək

2019-02-06 | Vergilər | 2427

Fevralın 14-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Vergilər Nazirliyinin dəstəyi ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçiriləcək.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirin məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat vermək, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirə aparmaqdır. Tədbirdə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli qanunun tətbiqi barədə ölkə prezidentinin ötən il dekabrın 20-də imzaladığı fərman ətraflı şərh olunacaq.

İTİDF-nin əsas məqsədi innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir. Tədbirdə iştirak etmək üçün Fonda müraciət etmək xahiş olunur.

Mənbə: https://report.az/i-kt/i-kt-sirketleri-ve-startaplar-ucun-melumat-sessiyasi-kecirilecek/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!