Vergi islahatlarının sahibkarlara təsiri izah ediləcək – SEMİNAR

2019-02-07 | Vergilər | 2697

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “PwC Azərbaycan” ilə birgə “Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri“ mövzusunda seminar keçiriləcək. Tədbir maarifləndirici xarakter daşıyaraq ixracatçılara son vergi dəyişikliklərini və sahibkarlıq subyektləri qarşısında qoyulan öhdəlikləri öyrədəcək.

FED.az xəbər verir ki, seminar “PwC Azərbaycan” şirkətinin vergi və hüquq üzrə aparıcı mütəxəssisləri Elnur Məmmədov, Günel Sadiyeva və Elşən Rəhman tərəfindən aparılacaq. Bu seminar vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilmiş əsas dəyişikliklərin mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzuları əhatə edəcəkdir. Seminar şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi dövlət başçısının “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

“Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri“ mövzusunda tədbir 19 Fevral 2019-cu il İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq. Tədbirdə iştirak etmək istəyən şəxslər http://iqtisadiislahat.org/frontend/web/registration/ linki vasitəsilə qeydiyyatdan keçə bilər.

Mənbə: http://www.fed.az/az/news/read/56843

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!