ƏDV-nin alıcıya necə qaytarılacağı açıqlandı

2019-02-12 | Vergilər | 3175

Azərbaycanda bu ildən tətbiq edilən ƏDV-nin bir hissəsinin alıcılara necə qaytarılacağı məlum olub.

FED.az xəbər verir ki, prosesin detallarını vergilər nazirinin mavini Sahib Ələkbərov açıqlayıb. Xatırladaq ki, Vergi Məcəlləsinə bu ildən edilən dəyişikliyə görə, ticarət və xidmət müəssiələrində əgər ödəniş kartla aparılırsa, ƏDV-nin 15%-i, nağd qaydada, yəni kassa çeki ilə ödənildikdə isə 10%-i alıcıya qaytarılmalıdır.

S.Ələkbərov bildirib ki, Azərbaycanda ƏDV-nin qaytarılması üçün real vaxt (onlayn) rejimində çalışan kassalar quraşdırılacaq. ƏDV-nin qaytarılması da onlayn kassa aparatları tam quraşdırılandan sonra başlanacaq. Artıq test rejimində bir neçə yanacaqdoldurma məntəqəsində və ticarət müəssisələrində bu kassalar quraşdırılıb: «Çalışırıq ki, ilin sonunadək bu prosesi başa çatdıraq».

Nazir müavini bildirib ki, kassa aparatları qurulandan sonra burada lazım olan rəqəmlər əksini tapır və çox rahat bir şəkildə, «tax fri»də olduğu kimi, amma daha sadə qaydada vergilər qaytarılacaq: «Bu məbləğ həmin adamların kartlarına qaytarılacaq, yəni pulun nağd qaytarılmasından söhbət gedə bilməz. Bu lazım deyil və mümkün də deyil».

S.Ələkbərov bildirib ki, ƏDV-nin qaytarılması prosesi alış-verişdən sonra təxminən 15 gün çəkəcək, «bu müddət ona görə götürülüb ki, malın qaytarılması və sair hallar ola bilər».

Proses belə baş verəcək: «Alıcı gəlir ticaət şəbəkəsinə, orada hansısa bir malı alır. Burada həmin çek onlayn rejimdə işləyən nəzarət kassa aparatına vuruldu və ya pos- terminalla ödəniş aparılır. Atomatik olaraq həmin əməliyyat və göstəricilər nazirliyin bazasında oturdulacaq. Pulun hesablanması və qaytarılması da avtomatik rejimdə baş verəcək. Yəni kiminsə çek gətirməsi və onun yoxlanması kimi proseslər olmayacaq. Qaytarılan pul müştərinin kartına oturdulacaq».

Nazir müavini bildirib ki, ƏDV-nin qaytarılması ilə bağlı tədbirlərin fövqündə nağdsız ödənişlərin stimullaşdırılması dayanır. Bu Azərbaycan üçün olduqca önəmli məsələdir, çünki nağd ödənişlərin səviyyəsi olduqca böyükdür: «Halbuki dünyada bu göstərici çox azdır. Bəzi ölkələr, məsələn Skandinaviya ölkələri, daha dəqiqi İsveç elan edib ki, onlar ümumiyyətlə, nağd puldan imtina edəcəklər».

Mənbə: http://marja.az/news/38389

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!