"Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki" təsdiqlənib

2019-02-16 | Vergilər | 3012

Nazirlər Kabineti "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ni təsdiq edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun və bu Qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2000-ci il 30 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” dövlət başçısının 2018-ci il 20 dekabr tarixli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilib.

Bu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri (YDM-lər) ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalı olacaq.

Qrafikə əsasən, paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələr bu il oktyabrın 1-nə qədər, pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən Əlavə Dəyər Vergisi (ƏDV) ödəyiciləri gələn il yanvarın 1-nə qədər, eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektləri isə 2021-ci il aprelin 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalıdır.

Bakıdan kənarda yerləşən təsərrüfat subyektləri üçün isə qrafik bir qədər fərqlidir. Məsələn, regionlarda yerləşən “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulmaq üçün bu il oktyabrın 1-nə qədər vaxtı var. Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və YDM-lər Bakıdakı kimi bu il iyulun 1-nə qədər, digər bölgələrdə yerləşən eyni tiplu təsərrüfat subyektləri isə bu il oktyabrın 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalı olacaqlar.

Bu proses paytaxtda olduğu kimi, paytaxtdan kənardakı pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicilərini də bu ilin sonuna qədər əhatə edəcək. Eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektlərinə gəlincə isə, Gəncə və Sumqayıt şəhərlərində sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verilib.

“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”

Mənbə: https://report.az/maliyye/nezaret-kassa-aparatlarinin-tetbiqi-qrafiki-tesdiqlenib/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!