Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günləri rəsmən açıqlandı
2014-02-28 | Vergilər | 25028 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günləri rəsmən açıqlandı.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, 8 mart tarixi şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq.
Bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq.
Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Mənbə: http://www.trend.az

Vergilər bölümünün son xəbərləri |